Menu

Rus ordusu Ukraynanın daha bir kəndini işğal edib - FOTOLAR

22.02.2024, 15:57
Rus ordusu Ukraynanın daha bir kəndini işğal edib - FOTOLAR

Rusiya Silahlı Qüvvələri Ukraynanın Donetsk vilayətində yerləşən Pobeda yaşayış məntəqəsini işğal edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırma İnstutu fevralın 21-nə olan geolokasiya kadrlarına istinadla məlumat yayıb.

Ukrayna tərəfi hələlik sözügedən yaşayış məntəqsəsinin ələ keçirilməsi ilə bağlı xəbərləri şərh etməsə də, Rusiya Müdafiə Nazirliyi bu məlumatı təsdiqləyib.

Rusiya mənbələrində yayımlanan məlumata görə, rus ordusunun 225-ci motoatıcı alayı Ukrayna hərbçilərini kənddən sıxışdırıb çıxarmağa nail olublar. Qeyd olunur ki, Ukrayna hərbçiləri Pobedadan qərbdə yerləşən təpələrdəki mövqelərə çəkiliblər. İlkin ehtimallara görə, rus ordusu Konstantinovka və ya Georgiyevka yaşayış məntəqələrinə doğru irəliləməyi planlaşdırır.


Rusiyadan olan hərbi bolqerləin fikrincə, Pobedanın ələ keçirilməsi rus ordusunaUqledar istiqamətində hücumu davam etdirməyə və Ukrayna Silahlı Qüvvələrinin şəhərə aparan yerüstü rabitə xətlərini kəsməyə imkan verəcək.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol