İLHAM ƏLİYEV AZAL-a PREZİDENT TƏYİN ETDİ - Samir Rzayev kimdir? + DOSYE (Yenilənib)

Samir Musa oğlu Rzayev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) prezidenti təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Samir Rzayev QSC-nin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.

"AzPolitika.info"  xəbər verir ki, Samir Musa oğlu Rzayev 2022-ci ildə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti təyin edilib. Həmin təyinata qədər isə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti kimi fəaliyyət göstərib. 

Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini 2003-2004-cü illərdə Böyük Britaniyanın Durham Universitetində davam edib. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini alıb.

2009-2017-ci illərdə Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunda Maliyyə şöbəsinin müdiri işləyib. Ölkənin aparıcı şirkətlərindən olan “Paşa Holdinq”ə məxsus "Azərbaycan Supermarket" MMC-yə bağlı olan “Bravo” supermarketlər şəbəkəsində satış müdüri vəzifəsində çalışıb.

2022-ci ilin fevral ayında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, noyabr ayında AZAL-ın birinci vitse-prezidenti vəzifəsinə təyin olunub.

Xatırladaq ki, “Azərbaycan Hava Yolları” QSC-nin Nizamnaməsinə dəyişiklik edilmişdi. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalamışdı. Qərara əsasən, Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin tərkibinə dəyişik edilmişdi. Dəyişikliklə İdarə Heyətinin tərkibi 7 nəfərdən - Cəmiyyətin prezidenti, 2 birinci vitse-prezidenti və 4 vitse-prezidentindən ibarət olub. O vaxta qədər isə İdarə Heyətinin tərkibi 7 nəfərdən- Cəmiyyətin prezidenti, birinci vitse-prezidenti və digər vitse-prezidentlərindən ibarət idi.

635x100

Şərhlər

Watchman 2024-02-24 10:23:24

Karyerasının ildırım sürətilə yüksəlişindən aydın olur ki, sıradan adi birisi deyil. Xarici prestijli universitetlərdə kasıb-kusubların savadlı uşaqları təhsil almır. Nazirlərin, deputatların, məmurların, eks-nazirlərin övladları hamısı xaricdə pul hesabına oxuyanlardır.

Moshu 2024-02-23 08:54:04

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentini səmimi qəlbdən təbrik edirəm, ona gələcək fəaliyyətində uğurlar, Cahangir Əsgərovun zamanında onun yol verdiyi nöqsanları aradan qaldırmağı arzulayıram..... Növbəti iradım: hazırda istənilən şirkətin, MMC-nin, səhmdar cəmiyyətin rəhbəri özünü prezident kimi adlandırır. Ölkədə bir prezident var, o da İlham Əliyevdir. Bu məsələyə qanunvericilik qaydasında baxılsa çox yaxşı olardı.

ƏNHU 2024-02-22 23:36:15

Cahangirin yetişdirdiyi nə olasıdır ki. Ondan 5 çömçə artıq olacaq.

Son yazılar