Məlum olduğu kimi, Rusiya Silahlı Qüvvələri 5 ay davam edən şiddətli döyüşlərin ardından bu günlərdə Ukaynanın Avdeyevka yaşayış məntəqəsini ələ keçirməyi bacarıb. Təxmini rəqəmlərə görə, Baxmutun işğalından sonra cəbhədəki ən böyük qələbəsini qazanan rus ordusu Avdeyevka uğrunda 16 mindən çox hərbçi və 300-dən artıq zirehli texnika itirib.
Qeyd edək ki, "Reuters" agentliyi bir vaxtlar 32 minə yaxın insanın yaşadığı Avdeyevkanın son gürüntülərini paylaşıb. Bu görüntülərdə işğalın ardından xarabalıqları xatırladan yaşayış məntəqəsinin real durumunu görmək mümkündür.
Sözügedən videonu təqdim edirik:


Şərhlər