7 oktyabr – HƏMAS hücumunun ardından İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən həbs olunan fələstinlilərin sayı 7170 nəfərə yüksəlib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Sərbəst Buraxılanlar Heyətinin bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, son 24 saat ərzində daha 18 fələstinli İsrail hərçiləri tərəfindən həbs edilib. Onlardan birinin qadın, ikisinin uşaq olduğu vurğulanıb.
“AzPoliitka.info”


Şərhlər