"MƏNİ ŞANTAJ EDİRLƏR" - Navalnının cəsədini anasına göstəriblər (VİDEO)

Rusiya müxalifətinin lideri Aleksey Navalnının cəsədi, nəhayət, onun anasına göstərilib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə Lyudmila Navalnaya videomüraciətində bildirib. 

"İstintaqçılar deyirlər ki, ölümün səbəbi məlumdur və bütün tibbi və hüquqi sənədlər əllərindədir. Qanuna görə, dərhal Alekseyin cəsədini mənə verməli idilər, amma indiyə qədər bunu etməyiblər. Əvəzində məni şantaj edərək, Alekseyin harada, nə vaxt və necə dəfn olunmasını diqtə edirlər", - Navalnaya bildirib.

O bildirib ki, oğlunu gizli dəfn etmək istəyirlər. Əks halda cəsədi "itirəcəkləri" ilə onu təhdid ediblər.

"AzPolitika.info"


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar