PUTİN BAYDENİN TƏHQİRİNƏ CAVAB VERDİ - "Mənim sözlərimə uyğun reaksiyadır..."

Baydenin təhqiramiz ifadələri Moskvanın ABŞ Prezidenti olaraq Donald Tramp əvəzinə niyə Baydenə üstünlük verdiyinin sübutu idi.

"AzPolitika.info" xəbər verir ki, bunu Rusiya lideri Vladimir Putin ABŞ Prezidenti Co Baydenin öz çıxışında ona qarşı təhqiramiz ifadələr işlətməsini “Rossiya-1”ə şərh edərkən deyib.

Bir müddət əvvəl ABŞ Prezidenti olaraq Baydeni Donald Trampdan üstün tutduğuna dair açıqlama verdiyini xatırladan Putin gülümsəyərək deyib: “İstənilən prezidentlə işləyəcəyimizi demişdim. Amma Baydenin Rusiya üçün daha üstün olduğunu düşünürdüm. Onun söylədiklərinə əsaslanaraq, deyə bilərəm ki, mən tamamilə haqlıyam. Çünki bu, mənim sözlərimə uyğun reaksiyadır.

Baydenin mənə təşəkkür edəcəyini gözləmirdim. O, mənə “afərin Volodya, mənə kömək etdiyin üçün təşəkkür edirəm” deyə bilməz. Biz daxili siyasət baxımından orada nə baş verdiyini anlayırıq və bu, tamamilə uyğun reaksiya idi".

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar