Menu

"Razı olmasam, oğlumun cəsədinə nəsə edəcəklər" - Rusiyadan Navalnının ailəsinə şantaj

23.02.2024, 13:29
"Razı olmasam, oğlumun cəsədinə nəsə edəcəklər" - Rusiyadan Navalnının ailəsinə şantaj

Bu günlərdə həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalnının cəsədi nəhayət anası Lyudmila Navalnayaya göstərilib.

"AzPolitika.info" xarici KİV-ə istinadla xəbər verir ki, Lyudmila Navalnaya oğlunun cəsədini görsə də, o, Rusiya hakimiyyət orqanlarının nümayəndələri tərəfindən şantaj olunduğunu bildirib.

"Onlar gizli dəfn üçün təzyiq edir. Gözlərimin içinə baxıb deyirlər ki, gizli dəfn mərasiminə razı olmasam, oğlumun cəsədinə nəsə edəcəklər”, - Navalnaya bildirib.

O, dəfn yeri, vaxtı və üsulu ilə bağlı hakimiyyət orqanları tərəfindən şərtlər irəli sürüldüyünü iddia edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol