ERMƏNİLƏR YENİDƏN TƏXRİBATA BAŞLADI - Mövqelərimiz atəşə tutuldu!

Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, fevralın 23-ü saat 05:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Nazirlikdən verilən məlumata görə, İki ölkənin şərti sərhədində vəziyyətin gərginləşdirilməməsi və sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülməyib.

"Ermənistanın hərbi rəhbərliyini şərti sərhəddə son beş ayda hökm sürən sabitliyin pozulması və vəziyyətin yenidən nəzarətdən çıxmasına yönəlmiş bu kimi təxribatlara yol verməməyə çağırır, bu əməlləri törədənlərin isə müəyyən edilərək cəzalandırılmasını tələb edirik", - Azərbaycan Müdafiə Nazirliyindən qeyd olunub.

635x100

Şərhlər

Baxış Mövludlu 2024-02-24 09:12:15

23.02.2024 saat 5-50dəqiqə 1987ci ilin fevralından *erməni* faşizmi Azərbaycan varlığını təhdid edir, hər gün olmasa da, daim Hərbi ortağı və artıq yeni X-Qərb Hərbi Müdafiəçiləri ilə Azərbaycana tərəf soyqırım və işğal məqsədli atəşlərini davam etdirir? Azərbaycanın müraciət və sülh çağırışları, ümumiyyətlə Ermənistanın mövcudluğu haqda nəyisə səsləndirməsi heç kəsə nəsə anlada bilməz? Beton Divar!!!

Son yazılar