Menu

Yenə “Bayer”... - Qarabağın 1/8 finalda rəqibi bəlli oldu

23.02.2024, 15:37
Yenə “Bayer”... - Qarabağın 1/8 finalda rəqibi bəlli oldu

Bu gün UEFA Avropa Liqasının 1/8 finalının püşkatması keçirilib.

“AzPolitika.info” xəbər verir ki, “Qarabağ”-ın rəqibi Almaniyanın “Bayer”(Leverkuzen) klubu olub.

Bu komanda “Qarabağ”ın düşə biləcəyi rəqiblər arasında demək olar ki, ən güclüsü idi. Püşkatmada Qarabağın adı ən sonda çıxıb və komandamız digər qrupdan qalan yeganə rəqib - “Bayer”lə 1/8 finala düşüb.

Xatırladaq ki, “Qarabağ” qrup mərhələsində “Bayer”-lə eyni qrupda çıxış edib və hər iki oyunda məğlub olub. “Bayer” hazırda Almaniya çempionatının şəriksiz lideridir.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol