Menu

Urmiyada yaşayış binasında partlayış baş verib - Ölənlər var

23.02.2024, 19:53
Urmiyada yaşayış binasında partlayış baş verib - Ölənlər var

İranın Urmiya şəhərində yaşayış binasında partlayış baş verib.

APA xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.

Hadisə yerinə Qızıl Aypara Cəmiyyətinin 5 əməliyyat qrupu göndərilib.

İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb, 1 nəfər isə dağıntılar altında qalıb.

Xilasetmə qüvvələri ərazidə çalışır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol