"Paşinyanın iki çıxış yolu var" - "Ya Kremli sakitləşdirəcək açıqlasma verəcək, ya da..."

Kreml təcili surətdə Nikol Paşinyandan “Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurub” açıqlamasına aydınlıq gətirməsini istəyib.

Qeyd edə ki Ermənistanın Baş naziri Fransa mediasına müsahibəsində İrəvanın hərbi ittifaqda fəaliyyətini dondurduğunu iddia edib. Ancaq KTMT tərəfindən bu iddia təkzib olunub. Rusiya rəhbərliyi isə Paşinyana fikirlərini izah etməyi tövsiyyə edib. 

Beləliklə, Rusiya-Ermənistan gərginliyi perspektivdə nə vəd edir?

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Paşinyanın bu vəziyyətdə iki çıxış yolu var: "O, birinci halda Kremli sakitləşdirəcək açıqlama verərək, KTMT-dən uzaqlaşmanı və ayrılmanı ağrısız və tədricən həyata keçirməyə çalışacaq ki, bu onun zamanını alacaq. Paşinyan ikinci halda məsələni köklü şəkildə həll etməyə çalışacaq və KTMT-dən ayrılmanın anonsunu verəcək ki, Kremlin zərbələrini Fransa ilə birgə dəf edə bilsin".

Ekspert hesab edir ki, Paşinyan tələsdiyinə görə, ikinci varianta üstünlük verə bilər: "Çünki Paşinyanda belə qənaət var ki, bölgədə yeni toqquşma olarsa Rusiya Ermənistanı qorumayacaq və Azərbaycan yeni hədəflərinə çatacaq. Ona görə də Paşinyan düşünür ki, o, həm də zamanla mübarizə apardığına görə hadisələri qabaqlamaldır. Paşinyan Parislə ortaq çalışmalar həyata keçirərkən, Kreml də boş dayanmayacaq. Bununla yeni mərhələyə qədəm qoyuruq".

Qeyd edək ki, Ermənistanı hələ də Azərbaycanın 8 kəndini işğal altında saxlayır. Paşinyan bu kəndləri geri qaytarmamaq üçün müxtəlif bəhanələr və saxta iddialarla çıxış edir. İrəvanı narahat edən həm də Azərbaycanın bu kəndləri qaytarmaq üçün hərbi gücdən istifadə edəcəyi halda KTMT-nin yenə onu müdafiə etməyəcəyidir. 

Rasim Əliyev

"Azpolitika.info"

635x100

Şərhlər

Bəhi Dəxli 2024-02-24 15:52:53

Hər iki respublikada kütləvi deport və hərbi işğal cinayəti törətmiş Ermənistan kimi dövləti BMT da başda dünyada heç kəs qəbul etməz, Cəzasını istərdi? Nikolay Vovaeviç Paşin 2-3 yox, minbir tədbirləri ilə tək Aİ üzvü deyil, artıq çox dövlətin Hərbi-İqtisadi zəmanətini almaqdadır! Bizim Sülh təklifimiz qədər belə, AŞPA bizə Barışıq təklif etmir?

Son yazılar