“ONLAR BİZİM DÜŞMƏNLƏRİMİZDİR!” – Medvedev rus xalqını qisasa çağırıb

“Biz onların sonsuz məhdudiyyətlərinə və bu məhdudiyyətlərlə yaşamağa öyrəşmişik”.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev öz “Telegram” kanalında yazıb.

Medvedev qeyd edib ki, Qərbin Rusiyaya qarşı sanksiyaları təkcə hakimiyyətə deyil, əhaliyə də ziyan vurur: “Bu gün diqqətinizi çəkmək istədiyim odur ki, bu qadağalar artıq ölkədəki hakimiyyət və ya biznesə qarşı yönəlməyib. Onlar Rusiyanın bütün əhalisinə qarşıdır. Məsələn, “Mir” ödəniş sisteminə qadağa və ölkədə mənzil tikintisi ilə məşğul olan şirkətlərin fəaliyyətinə məhdudiyyətlər. Səbəb aydındır - Rusiya vətəndaşları üçün nə qədər pis olarsa, Qərb dünyası üçün bir o qədər yaxşıdır - “Qoy, hamısı orada əziyyət çəksin”".

Medvedev rusiyalıları hər addımda Qərbdən qisas almağa çağırıb: “Sadəcə, hamımız bunu xatırlamalı və mümkün olan hər yerdə onlardan qisas almalıyıq. Onlar bizim düşmənlərimizdir. İqtisadiyyatda onlar üçün mümkün çətinliklər törətmək, Qərb hakimiyyətlərinin səriştəsiz siyasətindən ictimaiyyətdə narazılıq yaratmaq, Qərb dünyasının maraqlarını pozan beynəlxalq həll yollarını hazırlamaq və təşviq etmək. Bunu daim, sistemli və mümkün qədər açıq şəkildə edin. Həm də onların ərazilərində barəsində adətən açıq danışılmayan fəaliyyətləri də həyata keçirin”.

Xarici KİV-lər bununla Medvedevin xaricdəki rusiyalıları diversiyalara, terrora çağırdığını iddia edirlər.

“AzPolitika.info”

635x100

Şərhlər

turan 2024-02-28 17:13:29

Bu yəqin ki, yenə yaxşı vurub...

RR 2024-02-25 04:41:57

Onsuzda axir 30 ili , rus xalqi pis wunde yashayir( bezilerni cixmaq sherti ile,,,

Burdakılara 2024-02-25 02:03:21

Bütün postsovet ölkələrin vətandaşlarının əksəriyyəti rusiya hesabına dolanır ruslar necə pis yasaya bilər ay ağıldan kəmlər

Eli 2024-02-24 17:40:20

Bizim gözel bir Xalq misalı var :”Min dostun olsa da azdır ,bir düşmenin varsa da çoxdur.”Dmitri bey göresen bu adi heyat heqiqetini derk edirmi?Her vuranda sonra bir sersemleme edir buyurun Rusiya kimi ölkeye rehberlik edenkerin ağlına baxın ibret alın.

RR 2024-02-24 15:33:16

Onsuzda axir 30 ili , rus xalqi pis wunde yashayir( bezilerni cixmaq sherti ile,,,

Son yazılar