Ukrayna üçün silah böhranı dövrü bitir? - Avropadan ard-arda yardım bəyanatları gəlir

Belə görünür ki, 2024-cü ildə Ukrayna üçün artilleriya mərmiləri və digər bir çox silahlarla bağlı böhran dövrü başa çatacaq.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniya Ukrayna Silahlı Qüvvələrini dəstəkləmək üçün 245 milyon funt sterlinq (286 milyon avro) sərmayə qoyacağını açıqlayıb. Bu barədə “Business Recorder” Britaniyanın Müdafiə naziri Qrant Şappsın sözlərinə istinadla xəbər yayıb.

Nazir Ukrayna qoşunlarının hərəkətlərinin yüksək effektivliyini qeyd edərək deyib:“Beynəlxalq ictimaiyyətin dəstəyi olmadan onlar bu mübarizədə qalib gələ bilməzlər. Buna görə də biz Ukraynanın mübarizəni davam etdirə bilməsi üçün əlimizdən gələni edirik”.

Yuxarıda qeyd edilən məbləğ Böyük Britaniyadan gələn yeni yardımın yalnız bir hissəsidir. Dünən Londonun Ukraynaya 200 ədəd “Brimstone” tank əleyhinə raket verəcəyi məlum olub. Həmçinin bildirilib ki, britaniyalılar ilin birinci yarısında daha 10 min Ukrayna əsgərinə təlim keçəcək.

Öz növbəsində Almaniya bir gün əvvəl Ukraynaya “uzaq mənzilli silahlar” tədarükünü təsdiqləyib. Bununla belə, sənəddə konkret ad çəkilmir və yeni “Taurus” qanadlı raketlərindən bəhs edilmir.

Bütün bunlarla yanaşı, ən böyük diqqət Ukraynaya veriləcək “F-16”-lara yönəlib. İlk “F-16”-ların yaya qədər Ukrayna səmasında görünəcəyi gözlənilir.

Həmçinin Ukrayna İsveçin “JAS 39 Gripen” təyyarələrini qısa müddətdə ala bilər, lakin bunun üçün müvafiq siyasi qərar lazımdır.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar