Fransa Ermənistana hansı silahları verir? - “Haber Global”ın süjetində + VİDEO

Ermənistanın müdafiə naziri Suren Papikyan və fransalı həmkarı Sebastyan Lekornyu hərbi əməkdaşlığa dair sənədlər paketi imzalayıblar. Buna əsasən, Fransa Ermənistana hava hücumundan müdafiə sistemləri üçün lazım olan raketlər verəcək. Həmçinin yaxın, orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemləri ilə təmin edəcək.

Papikyan bildirib ki, Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra regiondakı vəziyyətdən asılı olmayaraq, Ermənistan müdafiə silahları və sursatları almağa davam edəcək.

Bununla bağlı Türkiyənin “Haber Global” kanalı süjet hazırlayıb.

Süjetdə fransızlar ermənidən daha çox erməni adlandırılır. Eni zamanda, Paris hökumətinin ermənipərəst addımlarından, Ermənistana dəstək göstərməsindən, bu ölkəni silahlandırmaq niyyətində olmasından danışılır.

Ətraflı “Haber Global”ın süjetində:

635x100

Şərhlər

Eli 2024-02-24 17:29:25

Dünyanın iki fahişe milleti birleşse de Azerbaycana qarşı heç be ede bilmezler Azerbaycan da meydanda tek deyil onu da mğdafie edecek gücler ve dövletler var.

Son yazılar