Paşinyanın “Ukrayna bəyanatı” İrəvanda aranı qarışdırıb - “Ukrayna Azərbaycanın müttəfiqidir”

Xəbər verildiyi kimi, Ermənistan Baş naziri Nikol Paşinyan son günlər Ukraynanı dəstəkləyən bəyanatlarla çıxış edib. Hətta bəzi mənbələr Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfər edəcəyi barədə məlumatlar yayıblar.

“AzPolitika” xəbər verir ki, Nikol Paşinyanın Ukrayna ilə bağlı mövqeyi Ermənistandakı müxalif siyasi qüvvələrin, xüsusilə də revanşist və ruspərəst partiyaların ciddi narazılığına səbəb olub. Bu qüvvələr Ukraynanın Azərbaycanla sıx münasibətlərini və Rusiyanın Ukraynaya qarşı apardığı savaşı əsas gətirərək, Paşinyanın Ermənistan üçün olduqca riskli oyuna baş qoşduğunu bildirirlər.

Sabiq prezident, körpə qatili Serj Sarqsyanın başçılıq etdiyi Ermənistan Respublika Partiyasının sözçüsü Eduard Şarmazanov bu məsələ ilə bağlı paylaşdığı yazıda Paşinyanın “Ermənistanın deyil, Ukraynanın maraqlarına xidmət etdiyini” qeyd edib: “Paşinyan, Ukrayna haqqında danışarkən öz ölkənin təhlükəsizlik məsələlərini həll etmisənmi? Başqalarının işinə “soxulmağın” bəs deyilmi? Bütün rəqsləri oynadın, indi də Ukraynanın vəkili olmusan? “Ukraynada baş verənlər Alma-Ata bəyannaməsinin pozulmasıdır, biz bundan ciddi narahatıq”(Paşinyandan sitat-red.)... Sən kimsən: Baydensən, Blinkensən, Şoltssan və ya Ərdoğansan? Sən kimsən ki, bu böyük məsələyə qarışırsan?”

Şarmazanov Ukrayna və Azərbaycan arasındakı münasibətlərə toxunaraq, Ukrayna ilə yaxınlaşmağın Ermənistanın maraqlarına uyğun gəlmədiyini qeyd edib: “Sən “artsax”ı Azərbaycanın bir hissəsi kimi tanıdın və əhalisini boşaltdın, bu səni narahat etmir, amma Ukrayna məsələsi narahat edir? Hansı Ukrayna? Prezidenti(Zelenski-red.) İlham Əliyevi “artsax”ın ələ keçirilməsi münasibətilə təbrik edən Azərbaycanın dostu və müttəfiqi Ukrayna? Hansı Ukrayna? 30 ildir bütün platformalarda Ermənistanın əleyhinə səs verən Ukrayna?... Heç olmasa Gürcüstan rəhbərliyindən nümunə götür və belə məsələlərə qarışma. Rusiya və KTMT ilə müttəfiqliyi pozmaq, Qərbə üz tutmaq qəbuledilməzdir və fəlakətlə nəticələnə bilər”.

Şarmazanov fikirlərini əsaslandırmaq üçün saxta erməni tarixinə müraciət edib: “1920-ci ildə Ermənistanın siyasi rəhbərliyi ölümcül səhvə yol verdi, nəticədə Türk ordusu İrəvanın kənarına yaxınlaşanda “müttəfiq” Qərb barmağını belə qaldırmadı. 1920-ci il noyabrın sonlarında Qərblə “dostluq” nəticəsində Ermənistandan cəmi 10 min kvadrat kilometrə yaxın ərazi qalmışdı (hansıErmənistandan? -red. ) və yalnız Ermənistanın sovetləşdirilməsi Türk hökmranlığından qurtulmağa imkan verdi. Ermənistanın sərhədləri təxminən 30 min kvadrat kilometrə çatdırıldı... Tarix öz keçmişindən dərs çıxarmayanlara qarşı amansızdır. Qədim Yunanıstanda deyildiyi kimi, bir çaya iki dəfə girmək olmaz”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar