Menu

Təl-Əvivdə Netanyahunun istefası tələb edilir

25.02.2024, 11:23
Təl-Əvivdə Netanyahunun istefası tələb edilir

İsrail polisi Təl-Əvivdə hökumət əleyhinə keçirilən nümayişi dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Bu barədə TASS məlumat yayıb.

"Tel-Əvivdə hökumət binaları kompleksi yaxınlığında yüzlərlə etirazçı təhlükəsizlik qüvvələrinin evlərinə qayıtmaq tələbinə məhəl qoymur" – məlumatda deyilir.

Agentliyin məlumatına görə, icazəsiz mitinq iştirakçıları növbədənkənar seçkiləri dəstəkləyən şüarlar səsləndirir və baş nazir Benyamin Netanyahunun istefasını tələb edirlər.

Hüquq-mühafizə orqanları Təl-Əvivdə Müdafiə Nazirliyi kompleksi yaxınlığında ictimai asayişi pozan beş nəfərin artıq həbs olunduğunu təsdiqləyib.\\APA 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol