Menu

“Biz Rusiyanın qulu idik” - Erməni deputatdan etiraf

26.02.2024, 14:50
“Biz Rusiyanın qulu idik” - Erməni deputatdan etiraf

Lukaşenkonun Qarabağ provleminin həlli və Ermənistanın KTMT üzvlüyünə dair son açıqalmaları İrəvanda qəzəblə qarşılanıb.

“AzPolitika” xəbər verir ki, Ermənistan parlamentinin hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatı Qaqik Melkonyan Belarus Prezidentinə qarşı nifrət püskürüb.

Lukaşenkonun Ermənistanın KTMT üzvlüyünə dair açıqalmalarına münasibət bildirən Melkonyan Belarus Prezidentini təhqir edib: “Lukaşenko çox şey deyib. Amma onun əsas leytmotivi bu idi - Ermənistan hara qaçacaq? Lukaşenko qul statusunda yaşayır, biz isə bu statusda yaşamaq istəmirik. Biz müstəqil ölkə olmaq və kiminlə istəsək, görüşüb müqavilələr imzalamaq istəyirik”.

Melkonyan Ermənistanın Rusiyanın vassalı olduğunu da etiraf edib.

“Bəs Ermənistan əvvəl müstəqil deyildimi” sualına deputat belə cavab verib: “Xeyr, biz Rusiya Federasiyasının qulu idik, çünki bizə hər şeyi diktə edən o idi - kiminlə görüşməliyik, kiminlə ünsiyyətdə olmamalıyıq, kiminlə əlaqə saxlamalıyıq, ölkəmizdə kim prezident olmalıdır...”

“Niyə belə olan halda Ermənistan KTMT-dən çıxmır” sualına isə deputat “Vaxtı gələndə hər şeyi edəcəyik”, - deyə cavab verib.

“AzPolitika.info”

Şərhlər

Ermənilərə 2024-02-26 16:12:16

Siz əvvəldən qul kimi yaranmısınız.Hindistandan (Haystandan ) irana.Türkiyəyə .daha sonra Qafqaza səpələyib buralarada narahatlqlar.müharibələr təşkil etmək vasitəsi kimi istifadə olunduğunuzu anlaya bilməmisiniz.aArxasınca normal insan həyatına aparacaq lideriniz olmayıb və bu gün də bəlli deyil.Bunu anlamanız və düşünməniz sizə xeyirli olardı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol