Menu

Yeni Rusiya-Türkiyə boru kəməri işə başlayır

02.12.2014, 12:38
Yeni Rusiya-Türkiyə boru kəməri işə başlayır

Rusiya prezidenti Putin Ankarada öz həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşüb. Görüşdən sonra dekabrın 1-də Rusiya və Türkiyənin ofşor təbii qaz boru kəmərinin inşası ilə bağlı razılığa gəldiyi bildirilib. Bu barədə "Natural Gas Europe" xəbər verir.

"Qazprom"un baş icraçı direktoru Aleksey Miller Türkiyədə illik ötürmə qabiliyyəti 63 milyard kub metr olan ofşor təbii qaz boru kəmərinin inşası ilə bağlı anlaşma memorandumunun imzalandığını bildirib. Təbii qaz nəqliyyatının həcmi "Cənub Axını" layihəsində təklif olunan qədərdir. "Vəssalam, layihə bağlandı", - "Cənub Axını" haqqında Miller deyib.

Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında bildirib ki, hazırki şərtlərdə Rusiya "Cənub Axını" layihəsini davam etdirməyəcək. "Bir halda ki, Avropaya bunu ("Cənub Axını") istəmir, onda layihə icra olunmayacaq", - o deyib.

Türk-yunan sərhəddində birləşdirici şəbəkənin inşasından sonra Türkiyə ildə 14 milyard kub metr təbii qaz alacaq. Türkiyədə isə 2015-ci ildən təbii qazı 6% güzəştlə alaraq təchizatın həcmini 3 milyard kub metr artıracaq. Rusiya hazırda Türkiyəyə təbii qazı "mavi axın" boru kəməri ilə çatdırır. Xatırladaq ki, 2013-cü ildə Türkiyəyə 13,7 milyard kub metr təbii qaz nəql olunmuşdu. /eunews.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol