Menu

Bu kinoteatr narkomanların yuvasına çevrilib - VİDEO

26.02.2024, 22:10
Bu kinoteatr narkomanların yuvasına çevrilib - VİDEO

Bir zamanlar tamaşaçılarını qarşılayan məkan indi narkomanların yuvasına çevrilib. Söhbət Xırdalanda yerləşən "Dostluq" kinoteatrından gedir.

1969-cu ildə tikilən kinoteatra hazırda narkotik asılılığından əziyyət çəkən şəxslər üz tuturlar.

Mövcud vəziyyət ərazidə yaşayan sakinləri narahat edir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ARB-yə bildirilib ki, ərazidə nəzarət işləri gücləndirilib. Köhnə tikintidə narkotikdən istifadə hallarının qarşısı alınıb.

Ətraflı videomaterialda izləyə bilərsiniz:

Şərhlər

B.Kolxozdar 2024-02-27 10:00:01

Bu sahəni idarə edən dövlət Əmlakçıları necə və hansı maliyyə-qazancına çalışırlar? 1995ci ildən dövlətimizə nefdən də dəfələrlə çox ixrac qazancı gətirən minlərlə işlək bu günkü qiymətlə milyard dəyəri olan maşınqayırma, pambıq-yun iplik, toxucu fabrikləri və digər yüksək dəyərli sahələr boş sahə su qiymətinə özəlləşdirməyə satılıb, kimoteatr qalıb? NİYƏ?

Moshu 2024-02-27 09:31:14

Respublika Narkoloji Mərkəzinin məlumatına görə 2019-cu ildə qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2020-ci ildə 33 min 788, 2021-ci ildə bu göstərici 34 min 602 nəfər təşkil edib. 2022-ci ildə isə narkotik vasitə istifadəçilərinin sayı ölkə üzrə 35 min 97 nəfər olub. Bunlardan 572-si qadınlar, 12,06 min nəfəri orta yaşlı kişi cinsli vətəndaşlar, cavan və yeniyetmələr təşkil etmişdir. Ən çox narkoman Bakıda - 8565 nəfər, daha sonra Lənkəranda (3837) və Sumqayıtda (3343) qeydə alınıb. Bu rəsmi qeydiyyatda olan narkomanların sayıdır. Qeydiyyatda olmayanları da buraya əlavə etsək rəqəmlər adamı dəhşətə gətirər. Narkomaniyanın yayılmasının əsas səbəblərindən biri elə bizim özümüzük. Gözümüzün qarşısında cavan oğlanlarımızın iynə vurmalarını görüb özümüzü görməzliyə vururuq. Məndən keçdi, qardaşıma dəydi, elə bildim saman çuvalına dəydi. Binaların girəcəyində, dalanlarda istifadə olunan iynələrin sayı adamı dəhşətə gətirir. Misal üçün Sumqayıt şəhəri, 34-cü məhəlləni göstərə bilərdim. Burada sahə müvəkkillərinin də böyük rolu var, daha doğrusu onların fəaliyyətsizlikləridir. Ən çox mənzil-istismar sahələrinin işçiləri bu mənzərənin şahidi olurlar. Bu templə getsə bütün əhali narkoman olasıdı.

Moshu 2024-02-26 23:10:20

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol