"Azerenerji" 30 milyon dollar kredit alacaq

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) "Azərenerji"yə 30 milyon ABŞ dolları həcmində kredit ayıracaq.

Bu barədə "APA-Economics"ə AYİB-dən bildirilib. Məlumata görə, sözügedən kredit Azərbaycanda fəaliyyət göstərən dörd yarımstansiyada gücləndirmə işləri üçün avtotransformator avadanlığının alınmasının maliyyələşdirilməsinə yönəlib. 

Bildirilib ki, layihə Azərbaycanda bərpa olunan enerji imkanlarının inteqrasiyası üçün tələb olunan enerji sisteminin çevikliyini təkmilləşdirməyə kömək edəcək. Burada borcalan qismində Maliyyə Nazirliyi, layihənin icraçı qurumu qismində “Azərenerji” çıxış edir.

. Xatırladaq ki, AYİB bu günədək Azərbaycana 189 layihə çərçivəsində 3,624 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 83,6 %-i (3,024 mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 26%-i özəl sektorun payına düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar