RUSİYA PUA-ları MOLDOVA ƏRAZİSİNDƏ - “Ukraynaya hücum üçün yeni marşrut seçilib”

Rusiya qoşunları Ukrayna ərazisinə PUA hücumları ilə bağlı yeni taktikadan istifadə edirlər.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin sözçüsü Natalya Qumenyuk KİV-ə açıqlamasında bildirib. 

Qumenyuk deyib ki, Rusiya PUA-ları ötən gecə Moldova ərazisinə keçərək, həmin ərazilərdən Ukraynaya hücum ediblər: “Odessa vilayətinə göndərilən PUA-lardan biri çox mürəkkəb manevr edib. Bunun üçün sərhədin Ukrayna-Moldova hissəsində dövlət sərhədini keçmək üçün təxribat xarakterli marşrut seçilib. Biz onun Moldova ərazisinə keçidini qeydə almışıq. Orada bir neçə on kilometr məsafə qət edən PUA Ukraynanın hava məkanına qayıdıb və hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən məhv edilib”.

Qumenyuk Moldova tərəfinin onun ərazisinə Rusiya PUA-larının keçmədiyi barədə açıqlamasına da münasibət bildirib. Onun sözlərinə görə, Kişinyovda bu məsələ ilə bağlı kifayət qədər məlumat və həmin məlumatları əldə etmək imkanları yoxdur.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar