Qəzzaya humanitar yardımlar kəskin azalıb – 2 milyondan çox insan çarəsiz vəziyyətdədir

“Fevral ayında Qəzza zolağına humanitar yardımın həcmi əvvəlki ayla müqayisədə 50 faiz azalıb”.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Agentliyinin ali komissarı Filip Lazzarini bildirib.

"Çarəsiz həyat şəraitində olan 2 milyon fələstinlinin böyük ehtiyaclarını ödəmək üçün yardımlar azaldılmalı deyil, artırılmalıdır”- deyə, o, əlavə edib.

Lazzarini əngəllər arasında siyasi iradənin olmamasını, müntəzəm əlaqələrin qurulmamasını, hərbi əməliyyatlar nəticəsində nəzarət-buraxılış məntəqələrinin təhlükəsizliyin təmin edilməməsini və mülki asayişin dağılmasını göstərib.

Onun sözlərinə görə, ərzaq böhranına son qoymaq üçün atəşkəs rejiminin yaradılması və Fələstinin blokadasını aradan qaldırmaq lazımdır.

Rasim

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar