MİT növbəti uğurlu əməliyyatını keçirib – “YPG”- nin "liderlərindən" biri məhv edildi + FOTOLAR

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Qamışlıda növbəti uğurlu əməliyyatını həyata keçirib.

“AzPolitika.info” xəbər verir ki, əməliyyat zamanı YPG/YPJ terror təşkilatının sözdə liderlərindən olan Suriya əsilli “Azadi Derik” kod adlı Əminə Seyid Əhməd zərərsizləşdirilib.

Təşkilat daxilində raket tədarükü və istifadəsindən məsul olan terrorçunun “Zeytun Budağı” əməliyyatı zamanı Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı raket hücumları əmrini verənlər arasında olduğu bildirilib. Terrorçunun əmri ilə edilən hücumlar nəticəsində çoxlu sayda türk hərbçisinin şəhid olduğu qeyd olunub.


Məlumata görə, Əminə Seyid Əhməd 2011-ci ildə təşkilata qoşulduqdan sonra İraqdakı düşərgələrdə ideoloji təhsil alıb. Daha sonra Suriyaya keçən terrorçu 2018-ci ildə Suriyada keçirilən “Zeytun budağı” əməliyyatı zamanı Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı döyüşlərdə iştirak edib. O, Türkiyə təhlükəsizlik qüvvələri ilə qarşıdurmalar zamanı yaralanıb. Yaralandıqdan sonra müalicə aldığı dövrdə isə uşaq və gənc suriyalıların təşkilata cəlb edilməsində məsul rol oynayıb.

“AzPolitika.info”


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar