PREZİDENT YENİ ƏDLİYYƏ NAZİRİ TƏYİN ETDİ - Fərid Əhmədov kimdir? + DOSYE (Yenilənib)

Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

"AzPolitika.info" xəbər verir ki, Fərid  Əhmədov buna qədər Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini vəzifəsində işləyirdi. O, həmin vəzifəyə 2022-ci ildə təyin olunmuşdu. 

Qeyd edək ki, Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olub. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirib.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb.

2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, "British Chevening" təqaüdü ilə beynəlxalq insan hüquqları üzrə magistr təhsili alıb.

2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub.  

2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.


2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi alıb.

Əmək fəaliyyətinə gəlincə, F.Əhmədov 2000-ci ildə “Ədalət” hüquq şirkətində hüquqşünas kimi işə başlayıb. 

2004-2006-cı illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq Hüquq şöbəsində böyük məsləhətçi işləyib.

2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

2007-2008-ci illərdə “LegCon Group” hüquq şirkətində baş hüquqşünas kimi fəaliyyətini davam etdirib, 

2014-cü ildə “BM Morrison Partners” hüquq şirkətində Məhkəmə təcrübəsinin rəhbəri vəzifəsində çalışıb.

2015–2017-ci illərdə Azərbaycan Universitetinin rektoru ikimi fəaliyyət göstərib. 

2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini kimi fəaliyyətini davam etdirib.

2021–2022-ci illərdə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri işləyib.

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 may tarixli Sərəncamı ilə  Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini vəzifəsinə  təyin olunub.

Azərbaycan, rus və ingilis dillərini bilir.

Ailəlidir, üç övladı var.

Fərid Əhmədovun atası Turab Əhmədov riyaziyyatçı alimdir. O, daha əvvəl Slavyan Universitetində prorektor, AMEA-da İşlər idarəsinin müdiri vəzifələrində çalışıb.

"Azpolitika.info"


635x100

Şərhlər

Eldar müəllimə 2024-02-28 23:18:52

Eldar müəllim iki il bir otaqda oturmaqğın Ədliyyə kimi ciddi və məsul nazirliyə başçı göndərilməsinə əsas vernmir.bu vəzifə bu sahə üzrə kifayət qədər bilik və təcrübə tələb edir.indiki halda yırtıcılardan ibarət Hakim və idarəçiləri idarə etmək bu gəncin başı üçün deyil.Bunu yəqin siz də bilirsiniz.Onun təyinatı isə məlum səbələr üzündən baş verdiyi mullətə bəllidir.Belə təyinatlar milləti zəlil və xəstə halına salıb.Bumları unutma.Xalq hərşeyi anlayır.Sadəcə....

Eldar Əzizova 2024-02-28 21:10:32

Fərid Əhmədov Rabitə sistemində nə yenilik etdi, cənab Eldar Əzizov ! Nazir işləmək üçün nazirlikdə uzun müddət işləyən mütəxəssis təyin olunsa, onda uğurlu olar. Rəşad Nəbiyevdə nazirdir, Rabitə də nə yenilik edə bilib ? Bakıdan rayonlara gedən məktublar vətəndaşa ən qısa müddət 10 günə çatdırılır, rabitə can verir ?

Eldar Əsgərova 2024-02-28 12:28:42

Azərbaycanda işləyən.yaşayan adam üçün xarici dil hansı ehriyacdan üstünlük sayılır?Xarici dil bilmək şəxsin öz işi və özünə maraqlıdır.AZərbaycanda yaşamaq,işləmək isə ixtisas biliyi və iş və həyat təcrübəsi tələb edir.Onun obyekrivliyini isə zaman göstərər..... Rüşvət alan,Korrupsiya əməlləri,mənimsəmələr,büdcə yeyintisini xalq edir,yoxsa məmurlar?

Eldar Əsgərov 2024-02-27 16:50:51

Hörmətli Azpolitika, Sizin saytın siyasəti təəccüb doğurur. Sizə ünvanlanan yazıları dəfələrlə təkrarlamaq lazımdır ki, bəlkə saytınızda xoşbəxt ola. Bu təyinatla bağlı müxtəlif fikirlər səslənir. Bu şəxs mənim nə qohumumdur, nə dostumdur. Sadəcə olaraq bu şəxslə iki il bir otaqda oturmuşam və onun bilgiləri ilə məlumatlı olduğuma görə bu yazını yazdım. Ehtiyac varsa əlaqə telefonumu da göstərirəm, bir şərtlə ki, telefon nömrəm yazıda göstərilməsimn:

Mirsalam 2024-02-27 16:20:25

Cəmi 44 yaşı var, getmədiyi universitet, idarə qalmayıb...

Senan 2024-02-27 15:29:00

Kim təqdimatın verib?

Eldar Əsgərov 2024-02-27 15:03:18

Cənab Prezidentin bütün qərar və təyinatlarına hörmətlə yanaşıram. Ağlım kəsəndən bəri tam məsuliyyətlə deyə bilərəm ki, Fərid Əhmədovun təyinatı cənab Prezidentin ƏN UĞURLU qərarlarından biridir. Gələcəkdə isə korlanmasına inanmıram, çünki Fərid Əhmədov o səviyyənin sahibi deyil. Qaldı xarici dilləri bilməsinə, ingilis dilində çox ingilisə dərs demək iqtidarındadır, azərbaycan və rus dilləri isə mükəmməldir, insani keyfiyyətləri yüksək səviyyədə, obyektivliyinə isə söz ola bilməz. Hesab edirəm ki, bu təyinatla Fərid bəydən çox Ədliyyə sistemi qazandı. Bu qədər informasiya verməkdə məqsədim dəyərli oxucularda yeni Ədliyyə naziri barədə müəyyən bilgiləri verməyi özümə borc bildim. Gələcəkdə bir neçə oxşar təyinat olarsa, bundan yalnız xalq qazanar. Gəlin Fərid bəyə gələcək işlərində ona uğurlar arzulayaq.

Son yazılar