Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronu təhqir edib. Səbəb Makronun Qərb ölkələrinin Ukraynaya qoşun yeritmə ehtimalının istisna edilmədiyi barədə açıqlaması olub.
“AzPolitika” xəbər verir ki, Medvedev öz teleqram kanalında Makrona “nitq pozğunluğu” diaqnozu qoyub: "Fransanın hazırkı prezidenti, Fransa Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Andorra Şahzadəsi Emmanuel Jan-Mişel Frederik Makronun eyni zamanda iki problemi var: əvvəlcə sidiyi onun başına vurub, sonra isə öz nitqini tuta bilməyib".
Özü alkoqolik və qeyri-adekvat birisi kimi tanınan Medvedev Makronun belə açıqlamalar verərkən həddən artıq şampan şərabı içdiyini və kefli olduğunu bildirib. Necə deyərlər, “kor kora “kor” deməsə bağrı çatlayar”.
“AzPolitika.info”


Şərhlər