Menu

Simonyan Rusiyanın planını açıqladı - “Məqsəd hər iki ölkənin boynuna ilgək salmaq idi...”

27.02.2024, 20:45
Simonyan Rusiyanın planını açıqladı - “Məqsəd hər iki ölkənin boynuna ilgək salmaq idi...”

“Plan Ermənistanı Azərbaycanla genişmiqyaslı müharibəyə sürükləmək, sonra sülhməramlı sifəti ilə çox da xoş olmayan niyyətlərlə gəlmək və hər iki ölkənin heç yerə getməməsi üçün boyunlarına ilgək salmaq idi”.

“AzPolitika” xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. Bu zaman spikerin Rusiyanı nəzərdə tutduğu şübhə doğurmur.

Simonyan Azərbaycanla danışıqlar mövzusuna da toxunub və bildirib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh danışıqları prosesində irəliləyiş əldə olunub.

O, Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın tərəfdarı olduğunu əlavə edib və jurnalistlərə üz tutaraq, deyib: “Əgər kimsə başqa variant təklif edirsə, dinləməyə hazıram...”

“AzPolitika.info”

Şərhlər

Mubariz 2024-02-27 21:22:01

Ermənidəndə ağıllı fikir eşitmək maraqlıdır . Razılaşmaq olar ,amma bu ilgək ermənilərin boynunda var idi ,sizlərin sayəsində ilgək bizlərində boynuna keçdi ,indi çalışıb ,birlikdə bu boyunduruqdan qurtarmaq lazımdır ,yoxsa illərlə qanlar axıdılacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol