“Hesab edirəm ki, bu təyinatla Fərid Əhmədov yox, ümümilikdə ədliyyə sistemi qazanmış oldu. Cənab Prezident vəzifəyə bu cür şəxsləri təyin edərsə, bu xalq ağ günə çıxar”.

Bunları “AzPolitika.info”ya açıqlamasında yeni Ədliyyə naziri Fərid Əhmədovla birlikdə işləmiş Eldar Əsgərov bildirib.

Eldar Əsgərov uzun illər Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsində müxtəlif vəzifələrdə çalışıb, hazırda təqaüddədir.

“Mən Fərid Əhmədovla iki il birlikdə çalışmışam. Biz 2006-2007-ci illlərdə Milli Məclisdə birlikdə, hətta bir otaqda işləmişik. Həmin vaxt mən o şöbədə baş məsləhətçi idim. Fərid bəy isə məsləhətçi kimi gəlmişdi. Hərbi və inzibati qanunvericiliyin hazırlanması işləri bizim şöbədə gedirdi. Fərid Əhmədov qısa müddətdə özünü kifayət qədər hazırlıqlı, savadlı və bacarıqlı bir gənc kimi təsdiq edə bildi. Onun təhsili yüksək səviyyədə idi”, - deyə o qeyd edib.

E. Əsgərovun sözlərinə görə, F. Əhmədovun ədliyyə naziri təyin olunması ədliyyə sistemində böyük dönüş yaradacaq.

“AzPolitika.info”