Fərid Əhmədovun ədliyyə naziri təyin olunması ədliyyə sistemində böyük panika yaradıb. Bu barədə məlumatı “AzPolitika.info” ədliyyə orqanlarına yaxın bir neçə mənbədən əldə edib.
Saytımıza verilən məlumata görə, nazir vəzifəsinə ədliyyə sistemində işləməyən, “yad” bir şəxsin gətirilməsi həm nazirlikdə, həm də Ədliyyə Nazirliyinin tabeliyində olan orqanlarında “soyuq duş” effekti yaradıb.
Qeyd edək ki, 45 yaşılı yeni Ədliyyə naziri Fərid Əhmədov ixtisasca hüquqşünas olsa da, ədliyyə sistemində çalışmayıb.
Onun sələfi Fikrət Məmmədov 24 il bu postda çalışıb. Nazirlikdə və ədliyyə orqanlarında əsas vəzifələri də təbbi olaraq onun kadrları tutur. Eyni zamanda bu dövrdə ədliyyə sistemində hamıya məlum olan "daxili qaydalar" formalaşıb. Yeni nazir isə bu sistemdə kiçik istisnalarla heç kimi tanımır. Ona qədər illər ərzində oturuşmuş qaydalardan da yəqin ki, xəbərsizdir.
Başqa dövlət qurumlarındakı dəyişikliklərin təcrübəsi göstərir ki, sistemdən kənar kadrın rəhbər posta təyinatı ciddi dəyişikliklərə ehtiyac yarandığı zaman həyata keçirilir. Yəni, böyük ehtimalla Ədliyyə Nazirliyində də böyük dəyişikliklərə start veriləcək. Həm mövcud sistemin, həm də kadrların yenilənməsi həyata keçiriləcək.

Ədliyyə sistemində yaranmış böyük panikanın səbəbi də məhz bununla bağlanılır. Uzun illər ərzində nazirliyin “gəlirli” sahələrində kök salmış məmurlar yalnız vəzifələrini itirəcəklərindən deyil, həm də “çirkli” əməllərinin araşdırılacağından, hətta məsuliyyətə cəlb edilə biləcəklərindən narahat olmağa başlayıblar.
“AzPolitika”ya verilən məlumatda o da qeyd olunur ki, yeni nazirin ədliyyə orqanlarında üzərinə gedəcəyi çoxsaylı problemlər mövcuddur.
Belə ki, yeni nazir ilk addım kimi yeni cəzaçəkmə müəssisələrinin tikintisinin uzun müddət ləngiməsini, bu istiqamətdə ayrılan külli miqdarda vəsaitin haralara sərf olunmasını araşdıra bilər.
Habelə, dövlət vəsaitlərinin həbsxanalarda və istintaq təcridxanalarında “yoxa çıxması”, bir çox hallarda məhbusların insan ləyaqətini alçaldan formada saxlanılması, müalicə müəssisələrinin varlı məhkumların “istirahət mərkəzinə” çevrilməsi halları da diqqət mərkəzində ola bilər.
Qeyd olunur ki, Penitensiar Xidmətin tabeliyində olan bütün cəzaçəkmə müəssisələri, həbsxanalar rəhbər şəxslərin bitib-tükənməyən pul qaynağıdır. Təkcə dövlət resurslarının mənimsənilməsi deyil, məhkumların hesabına hər ay milyonlar manat vəsait toplanır.
Türmə rəisləri, icra orqanlarının rəhbərləri oliqarxlara çevriliblər. Ədliyyə sistemində gözlənilən dəyişiklik heç şübhəsiz bu “ədliyyə oliqarxlarına” da toxunacaq.
Bir sözlə ədliyə sistemində hər kəs "daşların yerindən oynayacağını" gözləyir, buna hazırlaşır. Yeni naziri isə on illiklər ərzində formalaşmış, kök atmış bürokratik, korrupsioner sistemi dəyişmək kimi çətin vəzifə gözləyir.
Bacaracaqmı, zaman göstərəcək.
Rasim Əliyev
“AzPolitika.info”

Şərhlər
Cənab Nazir, bütün sahələrədə köklü surətdə kadr islahatları aparılmalıdır, xüsusilə İdarə rəisləri yenisi ilə əvəz olunmalıdır, yoxsa işləməyə sizə imkan verməyəcəklər ?
Deyin bərk silkələməsin.Yoxsa qozların hamısı tökülər. Ağac lüt qalar.
Tərcümeyi hal yazanda heş olmasa babasıBəs nsanın əsli,nəcabəti?ndan başlayın.Bakıda çox adam anadan ola bilət.Bu Bakılı,azəri-türk olmaq deyil.
Ədliyyə də belə getdi təhsilin,səhiyyənin,iqtisadiyyarın,ƏƏCMN-nin, maliyyənin. , yazıdgüdazına.BU adamı təyin edəndə ədliyyənin hansı vəzifələr daşıdığı sualını vrermisiniz?Axı bu adam bu sahəyə xam,bilgisiz,tanınmayan və təsadüfi şəxsdir.Onun əmək fəaliyyəti isə qısa müddətdə yazıldığı (işlədiyi yox!0 idarələrin sayı ilə bəllidit.
Qozbeli qəbir düzəldirBu məsəli unutma!
Mənim sualım yazı müəllifi, qələminə çox hörçət etdiyim Rasim müəllimədir. Məqalənin sonunda qeyd edirsiniz ki, ədliyə sistemində hər kəs "daşların yerindən oynayacağını" gözləyir və buna hazırlaşır.İndi siziə bir neçə bənddən ibarət olan belə bir sualla müraciət etmək istəyirəm . a) Bu daşları ora kim düzüb? b) indi o haradadır? v) Siz həmin bənnanın təftiş ediləcəyini mümkün hesab edirsinizmi? Bircə cümlə ilə cavab yazsanız çox şad olardıq. Əvvəlcədən təşəkkür edirəm.
Icra və probasiya idarəsindəki məmurlar elə bil reketlərdir, mafiozlardır. Vətəndaşlarla vətən xaini kimi rəftar edirlər. Ar olsun!
Yazdığına inanırsan?Hansı dəyişmələrdə müsbət nəsə görən olub?Hamı gedənə şükür deyib.müslümov getdi,Mərdanov ,Ziya,Fazil getdi.Nə düzəldi7Taplkmayan şeyi avtarana nə deyilir?
Cənab Nazir, Vəkillər Kollegiyasında hökm sürən özbaşnalıqların öhdəsindən gələ bilcəkmi ?
Şərhlərdəki tərufnamələri oxuyanda adam dəhşətə gəlir.Əgər Fikrət Məmmədov bu qədər qanunsuzluğa.özbaşınalığa,fəaliyyətsizliyə, yol verirdisə və 30 ildir dəyişməyibsə və fikrər Məmmədovu 20 il nazir vəzifəsində niyə saxlayırdılar?İkinci tərəfdən əgər o işə yaramırsa.işləyə bilmirsə və ya qanunsuzluqlara yol verirdisə hansı əsasla Konstitusiya məhkəməsində işə göndərilir?Yeni kadra gəldikdə isə ondan nəsə yaxşı irəliləyiş gözləmək sadəlövhlük olard.Rəsadüfi.kimlərinsə və nəyinsə hesabına vəzifədən vəzifəyə dəyişrilən şəxsin bu sistemdə nəsə etməsi şübghli deyilmi?Bu adam həqiqi hərbi xidmətdə olubmu?
Məhkəmələr ədalətli olacaq,həbsxanalarda tüğyan edən rüşvət aradan qalxacaq ,daha nələr........
Bir ṣey çıxa deyil forma dəyiṣib məzmun eynidir.ali məhkəmə də dəyisilmiṣdi sonra nooldu
Bir növ Fərid Əhmədovu
sərnişin dolu Boenq təyyarəsinə otuzdurdular ki, alə sürməlisən e bunu....
Yazı sadəcə sadəlöflər üçün yazılıb .Yeyintini yoxlayacaq ? Hakimləri cəzalandıracaq ? Bəs sifarişli həbsləri kim yerinə yetirəcək ? Yeni Nazir ,özü ? Gülməli, həm də ağlamalıdır .Yeni təyin olunan kadrların əksəriyyəti xaricdə bir ildə « iki təhsil » alan kadrardı nə dəişdi ?
Bu yazıdan məlum olur ki,uzun illər ədliyyə sisremi qanunsuzluqlar,yeyinti bazası halına gəlib. Bəs nəzarət orqanları niyə bu hallara göz yumub?...Yeni nazir isə bu sahəyə bələd olmadığından məcbur olaraq köhnə kadrlardan istifadə məcburiyyətində qalacaq və sonda dəyişəcək bur şey olmayacaqş BU ƏƏSMN-də özünü sübut edib.
Ümid var ki, hökumət nəhayət məhkəmə sistemindəki biyabırçılıqları aradan qaldırmaq üçün qərarlıdır. Bu sistemdəki özbaşınalıq və qanun pozuntuları ölkənin imicinə böyük zərbə vurur.
Qabartmayın! Axı, yeni Nazir heç zaman, heç bir Ədliyyə nazirliyində çalışmayıb? ....
İlk növbədə ədliyyə sistemindən uzaqlaşdırılmış layiqli kadrların geri qaytarılmasını həll edərsə, böyük uğur qazanar.
Təbriklər!!!
Bir gün belə ədliyyə sistemində işləməyən bir adamın birdən-birə nazir teyin olunması...... nə bilim
Ümid var ki, hökumət nəhayət məhkəmə sistemindəki biyabırçılıqları aradan qaldırmaq üçün qərarlıdır. Bu sistemdəki özbaşınalıq və qanun pozuntuları ölkənin imicinə böyük zərbə vurur.