Menu

"Makron Ukraynaya qoşun göndərməkdən danışmayıb" - Fransanın müdafiə naziri

27.02.2024, 22:28
"Makron Ukraynaya qoşun göndərməkdən danışmayıb" - Fransanın müdafiə naziri

"Fransa Prezidenti Emmanuel Makron Ukraynaya döyüşmək üçün qoşun göndərməkdən danışmayıb".

“Report” CNN-ə istinadla xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyen Lekornü söyləyib.

“Bu, Rusiyaya qarşı müharibə aparmaq üçün qoşun göndərmək deyil”, – o qeyd edib.

Nazir bildirib ki, bazar ertəsi Parisdə keçirilmiş konfrans zamanı Avropa liderləri Ukraynaya yardımı artırmaq üçün müxtəlif ideyalar təklif ediblər, o cümlədən Ukraynada minalardan təmizləmə yardımının genişləndirilməsi və Ukrayna qoşunları üçün təlimlərin artırılması.

Onun sözlərinə görə, bu cür tədbirlərlə bağlı konsensus əldə olunmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol