Menu

“Ukraynada Qərb xüsusi təyinatlıları var” - Makronun bəyanatı müzakirələrə səbəb olub

28.02.2024, 10:57
“Ukraynada Qərb xüsusi təyinatlıları var” - Makronun bəyanatı müzakirələrə səbəb olub

“Hər kəs bilir ki, Ukraynada Qərb xüsusi təyinatlıları var, sadəcə olaraq, onlar bunu rəsmən təsdiq etməyiblər”. 

“AzPolitika” xəbər verir ki, bunu “Finansial Times” nəşri Avropa strukturlarındakı yüksək ranqlı mənbələrə istinadla yazıb.

Lakin yazıda münaqişə zonasına konkret olaraq hansı ölkələrin xüsusi təyinatlılarının göndərildiyi dəqiqləşdirilməyib.

Qeyd edək ki, Ukraynaya dəstək üçün Qərb qoşunlarının göndərilməsi ilə bağlı müzakirələr Fransa Prezidenti Emmanuel Makronun gələcəkdə NATO əsgərlərinin müharibədə iştirakının istisna edilmədiyini söyləməsindən sonra yaranıb. Lakin sonradan Fransa rəsmiləri onun fikirlərinə düzəliş ediblər və bildiriblər ki, Makron Qərb qoşunlarının kütləvi şəkildə cəbhə xəttinə göndərilməsini təklif etməyib. Bununla belə, qeyd olunub ki, əsgərlər minaların təmizlənməsi, silah sistemlərinin saxlanması, təmiri və ya Moldova kimi Rusiyanın təhdid etdiyi digər ölkələrin sərhədlərinin təhlükəsizliyinə kömək etmək kimi məhdud vəzifələr üçün yerləşdirilə bilər.

Bundan sonra əksər Avropa ölkələri açıq şəkildə Qərb qoşunlarının Ukraynaya daxil olmasına qarşı çıxıb. Belə bəyanatlar Almaniya, İtaliya, Polşa, İsveç və Macarıstan tərəfindən səsləndirilib.

“AzPoliotika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol