Fevralın 27-də ABŞ Prezidenti Co Bayden və Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürmüş eks-prezident Donald Tramp Miçiqan ştatında keçirilən praymerizlərdə qalib gəliblər.
İlkin məlumatlara görə, Demokratlar Partiyasından ikinci dəfə prezidentliyə namizəd olan Co Bayden təxminən 80 faiz səs toplayıb. Respublikaçılardan namizəd olmaq istəyən Donald Tramp isə yüzdə 67 faiz səslə rəqiblərini qabaqlayıb.
Co Baydenin praktiki olaraq heç bir rəqbi olmayıb, Trampın təxminən 28 faiz səs toplayan rəqibi Nikki Heyli isə namizədlik uğrunda mübarizəni davam etdirmək niyyətində olduğunu açıqlayıb.
Müşahidəçilər deyirlər ki, Trampın Miçiqandakı qələbəsi və onun ardıcıl olaraq beşinci dəfə praymerizlərdə qalib gəlməsi Respublikaçılardan onun əsas namizəd statusunu təsdiqləyir.
Ekspertlərə görə, "Super çərşənbə axşamı" uğursuz olarsa, Trampın rəqibi Heyli namizədlik uğrunda mübarizəni davam etdirməkdən imtina edə bilər.
Qeyd edək ki, martın 5-də eyni vaxtda 15 ştatda praymeriz olacaq. Heyli bildirib ki, onun fikirləri Respublikaçı seçicilərin fikirləri ilə ziddiyyət təşkil edir.
Miçiqan ilkin seçkiləri Co Bayden üçün qeyri-adi bir problem ortaya çıxarıb. Onun inamlı qələbəsinə baxmayaraq, Demokrat seçicilərin təxminən 15 faizi ona səs vermədi.
Müşahidəçilər bunu Baydenə işarə kimi şərh edirlər ki, demokrat elektoratın əhəmiyyətli hissəsi onun Fələstində qətliam həyata keçirən İsraili dəstəkləmək siyasətinə qarşıdır. Bu cür münasibəty xüsusilə Miçiqanda nəzərə çarpır, çünki əyalət əhalisinin əhəmiyyətli faizi ərəb ölkələrindəndir.
Aylarla davam edən ilkin praymerizlər iyunda başa çatacaq. İki partiyanın prezidentliyə namizədləri iyul və avqust aylarında Respublikaçılar və Demokratlar partiyalarının konfranslarında rəsmən təsdiqlənəcək.
“AzPolitika.info”


Şərhlər