Menu

Çinin xüsusi nümayəndəsi Rusiya və Ukraynaya səfər edəcək

28.02.2024, 11:36
Çinin xüsusi nümayəndəsi Rusiya və Ukraynaya səfər edəcək

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Rusiya və Ukraynaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib

Onun sözlərinə görə, martın 2-dən etibarən Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Ukrayna böhranının siyasi həlli üçün məkik diplomatiyasının ikinci raundu ilə bağlı Rusiyaya, Aİ-nin mənzil-qərargahına, Polşaya, Ukraynaya, Almaniyaya və Fransaya səfər edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol