“Rəsmi rəqəmlər bir qədər qaranlıq olsa da, hazırda Ukrayna ordusunda 50 müxtəlif millətdən olan təxminən 20 min əcnəbi döyüşür”.
“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-nin “The Washington Post” nəşri məlumat yayıb.
Qeyd olunur ki, onlar arasında Belarusdan olan könüllülər üstünlük təşkil edir.
Həmçinin bildirilir ki, son dövrlər müəyyən məbləğ qarşılığında döyüşmək üçün Latın Amerikasından xüsusən də, Kolumbiyadan Ukraynaya gələnlərin sayında artım müşahidə edilir.
“AzPolitika.info”


Şərhlər