“RUSİYANIN QONŞULARI TƏHLÜKƏ ALTINDADIR” – Amerikalı general yeni təcavüzün tarixini göstərdi

Rusiya Ukraynada qalib gəlsə, mütləq Baltikyanı ölkələrə və ya başqa bir NATO dövlətinə hücum edəcək.

“AzPolitika” xəbər verir ki, ABŞ-nin Avropadakı silahlı qüvvələrinin keçmiş baş komandanı, istefada olan məşhur general Ben Hodces “NV” radiosuna müsahibəsində buna əmin olduğunu deyib: "Əgər Ukrayna uğur qazanmasa və Rusiya Ukraynanı məğlub edə bilsə, mən inanıram ki, Rusiya təhdid etdiyi şeyi edəcək. Hansı ki, bu, Litvaya, Latviyaya və ya Estoniyaya, bəlkə də Polşaya və ya Rumıniyaya hücum etməkdir".

Generalın fikrincə, Rusiya Ukraynadakı itkilərini bərpa edən kimi NATO-ya qarşı təcavüzə keçə biləcək: "Məncə, Rusiya üçün üç-dörd ildən sonra belə bir təcavüzü həyata keçirmək o qədər də çətin məsələ deyil. Təbii ki, əgər Ukrayna ABŞ, Almaniya, Böyük Britaniya, Fransa və digər Qərb ölkələrinin köməyi ilə uğur qazanarsa, həmçinin NATO öz birliyini qoruyarsa, Rusiya bunu edə bilməyəcək. Əgər ABŞ öz məqsədinə sadiqdirsə, bütün ölkələr bu işə sadiqdirsə, o zaman mən hesab edirəm ki, Rusiya bundan irəli getməyəcək”.

General onu da qeyd edib ki, Kremlin Almaniyaya təcavüz cəhdi ehtimalı azdır, lakin Rusiya Federasiyasına qonşu olan ölkələr təhlükə altındadır: "Onların etmək istədikləri tək şey NATO-nu parçalamaqdır. Bunun üçün isə hansısa Baltikyanı ölkəyə və ya məsələn, Polşaya hücum etmək lazımdır".

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar