Dekabrın 3-ü ölkə ərazisində soyuq hava şəraiti olacaq
Dekabrın 3-də Bakıda və Abşeron yarımadasında sulu qar yağacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava soyuq, yağıntılı keçəcək, sulu qar yağacaq, gecəyə doğru kəsiləcək.
Şimal-qərb küləyi güclənəcək. Gündüz müşahidə olunan 3 dərəcəyədək isti axşama doğru 0 dərəcəyə qədər enəcək.
Bölgələrdə də dekabrın 3-ü fasilələrlə yağıntı olacaq, sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperatur aran rayonlarında gündüz 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 5-10 dərəcə şaxta, bəzi yerlərdə 15 dərəcəyədək şaxta, gündüz isə 0-5 dərəcə isti olacaq.


Şərhlər