Menu

Rusiyanın ən kasıb bölgələri “varlanır” - Səbəb məlum oldu

28.02.2024, 19:49
Rusiyanın ən kasıb bölgələri “varlanır” -  Səbəb məlum oldu

Rusiyanın bir sıra ən yoxsul bölgələrində yerli əhalinin bank hesablarında vəsaitlərin anormal artımı müşahidə olunub.

“AzPolitika” xəbər verir ki, “BBC”-nin dərc etdiyi məlumatda ekspertlər bunun Ukraynaya qarşı müharibədə iştiraka görə ödənişlərlə bağlı olduğunu qeyd ediblər.

Məlum olub ki, əhalinin bank hesablarındakı məbləğlərin artımına görə 2023-cü ildə Altay 18,95%, Buryatiya - 33,26% və Tıva - 57,57% -lik rekord göstəricilərlə diqqət cəlb edib.

Bazar İqtisadiyyatlarının Öyrənilməsi İnstitutunun (Finlandiya Mərkəzi Bankının nəzdində fəaliyyət göstərir) dərc etdiyi analitik yazıda qeyd olunur ki, vətəndaşların bank hesablarında vəsaitlərin bu qədər kəskin artması müqavilə əsasında Ukraynada döyüşən əsgərlərə və çağırışçılara ödənişlərlə izah olunur. Həmçinin, əhalinin “rifahının yüksəlməsinə” “tabut pulu” ödənişləri - ölənlərin və yaralananların ailələrinə kompensasiyalar kömək edib.

Xatırladaq ki, Altay, Buryatiya və Tıva Rusiyanın ən yoxsul bölgələri siyahısındadır. “BBC”-ni 45 min ölünün siyahısına əsaslanan araşdırmasında qeyd olunur ki, Ukraynanın işğalında iştirak edən rusiyalıların arasında ən böyük itkilər məhz bu bölgələrin payına düşür.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol