Menu

Paşinyan Azərbaycanla sərhəddəki Rusiya hərbçilərindən danışdı - “Mandatları yoxdur”

28.02.2024, 20:54
Paşinyan Azərbaycanla sərhəddəki Rusiya hərbçilərindən danışdı  - “Mandatları yoxdur”

Rusiya sərhədçilərinin Nerkin And kəndi ərazisində olmaq mandatı yoxdur.

bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

"Bu vəziyyətlə bağlı deyə bilərəm ki, Rusiya sərhədçilərinin nə mandatı, nə də razılaşması var. Bu isə o deməkdir ki, həmin zonada Rusiya sərhədçiləri təhlükəsizliyə yönəlmiş fəaliyyətlər həyata keçirə bilməzlər. Deməli, biz bundan müvafiq nəticə çıxarmalıyıq", - Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Sünik rayonunun Nerkin And kəndi Azərbaycanın Zəngilan rayonu ilə həmsərhəddir. ( TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol