“Rusiya ilə müharibənin “dondurulması” Ukrayna ərazilərinin işğalının tanınması demək olacaq. Ona görə də Ukrayna heç vaxt belə bir addım atmayacaq”.
“AzPolitika” xəbər verir ki, bunu “CBC News”-a müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general Kirill Budanov deyib.
Onun sözlərinə görə, ruslar Ukraynanı “ələ keçirilən ərazini Rusiya kimi tanımağa” məcbur edərək, hər şeyi indi olduğu kimi dondurmaqdan çox məmnun olardılar: "Belə olan halda onlar qələbəni qeyd edəcəklər. Ancaq bu, heç vaxt olmayacaq".
Eyni zamanda, Budanov etiraf edib ki, Rusiya ötən ilin yayında Ukraynanın əks-hücum planları haqqında hansısa yolla məxfi məlumat əldə edə bilib: “Biz planların Rusiyaya məlum olması ilə bağlı, məlumatlar, sübutlar almışıq. Bu, ciddi problemdir və biz müəyyən tədbirlər görürük".
“AzPolitika.info”


Şərhlər