Menu

Məhkəmə Trampı praymerizdən kənarlaşdırdı – Eks-prezidentə qarşı növbəti qərar

29.02.2024, 11:55
Məhkəmə Trampı praymerizdən kənarlaşdırdı – Eks-prezidentə qarşı növbəti qərar

Çərşənbə günü İllinoys ştatının məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampa bu ştatda keçirilən praymerizdə iştirakını qadağan edib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, hakim Tracy Porter, üsyana cəhddə iştirak etdiyi üçün Trampın dövlət vəzifəsini tuta bilməyəcəyinə qərar verərək, onunadını seçki bülletenindən çıxarması barədə hölm verib.

Ancaq hakim qərarının icrasını bir neçə gün gecikdirərək, Trampa yuxarı instansiya məhkəməsinə müraciət etmək imkanı verib. İllinoys ştatında ilkin seçki martın 19-da keçiriləcək.

Trampın sözçüsü hakimi siyasi qərəzdə günahlandıraraq, onun qərarının bir çox başqa ştatlarda məhkəmələr və seçki komissiyalarının çıxardığı nəticələrə zidd olduğunu vurğulayıb. O, Trampın praymerizdən kənarlaşdırılması qərarından şikayət vermək niyyətində olduğunu açıqlayıb.

İllinoys Trampı seçki bülletenindən çıxarmağa çalışan üçüncü ştatdır. Əvvəllər oxşar qərarlar Kolorado və Men ştatlarında da verilib. Tramp onlarla məhkəmədə mübahisə edir.

ABŞ Ali Məhkəməsi tezliklə Kolorado məhkəməsinin qərarının konstitusiyaya uyğunluğu ilə bağlı qərar verəcək. Apellyasiya şikayətləri davam edərkən, Trampın adı bülletendə qalır.

ABŞ Ali Məhkəməsinin qərarı hökumət əleyhinə iğtişaşçıların dövlət vəzifələrində çalışmasına dair konstitusiya qadağasının Trampa şamil olunub-olmaması ilə bağlı müzakirələrdə son söz olacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol