Kiyev Beynəlxalq Sosiologiya İnstitutu (KIIS) fevralın 17-dən 23-dək 1052 ukraynalı arasında Qərb yardımları ilə bağlı keçirdiyi sorğunun nəticələrini açıqlayıb.
“AzPolitika” xəbər verir ki, məlumata görə, ukraynalıların 49%-i hesab edir ki, Qərb imkanlar daxilində Ukraynanı dəstəkləməkdə davam edir. 44 faizlik kəsim isə hesab edir ki, Qərb artıq Ukraynadan bezib və dəstək zəifləyib.
Tədqiqatçılar qeyd edirlər ki, 2022-ci ildə ukraynalıların yalnız 15%-i Qərbin Ukraynaya yardım etmək istəmədiyinə inanırdı. Bir il sonra bu göstərici 30%-ə çatıb. İndi isə 44%-dir.
Qərbin dəstəyinin davam edəcəyinə inam 2022-ci ilin sonunda 76%, 2023-cü ilin oktyabrında 63%, 2024-cü ilin fevralında isə 49% olub.
“AzPolitika.info”


Şərhlər