Naxçıvan polisi hədə-qorxu ilə pul tələb edərək cəzaçəkmə müəssisəsinə göndərən dəstə üzvlərini iş başında saxlayıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, keçirilən tədbir nəticəsində əvəllər qaçaqmalçılıq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Naxçıvan şəhər sakinləri,Quliyev Qadir və Zöhrabov Toğrul saxlanılıb. Onları şantaj etdiyi şəxsdən pul vəsaiti alarkən Naxçıvan Muxtar Respubilkasının Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin əməkdaşları saxlayıb.
Həmin şəxslər istintaqa verdikləri ifadələrində törətdikləri cinayət əməlini etiraf ediblər.
Saxlanılan şəxslərin hər biri barəsində Naxçıvan MR-in Daxili İşlər Nazirliyinin Təhqiqat və İstintaq İdarəsində araşdırmalar aparılır.
Onların ətraflarının və cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Şərhlər