“Prezident özünü yaxşı hiss edir və builki fiziki müayinədə heç bir yeni narahatlıq aşkar edilməyib. O, bütün vəzifələrini tam şəkildə yerinə yetirir”.
“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ lideri Co Baydenin həkimi Kevin OKonnor prezidentin illik müayinəsi ilə bağlı açıqlanan hesabatında bildirib.
Həkim Baydenin səhhəti ilə bağlı hər hansı bir narahatlığın olmadığını deyib.
“Prezident Bayden 81 yaşındadır. O, sağlam, aktiv, güclü insandır. O, prezidentlik vəzifəsini uğurla yerinə yetirə biləcək səviyyədə yaxşı formadadır”, -deyə hesabatda qeyd olunub.
Qeyd edək ki, bir müdətdir Baydenin yaşı və səhhəti ilə bağlı müxtəlif iddialar səsləndirilir, onun mart ayında ABŞ-də keçiriləcək prezident seçkisində namizəd kimi iştirakına qarşı çaxanların sayı hər ötən gün bir qədər də artır.
“AzPolitika.info”


Şərhlər
Yəqin başını və arxasını yoxlamaq diqqətdən qaçıb. Gerizəkalılar.