Berlin danışıqları bitdi – Nazirlər yeni təmaslarla bağlı razılığa gəliblər (Yenilənib)

28-29 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında Almaniyanın paytaxtı Berlin şəhərində Villa Borsig-də danışıqlar aparılıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu qeyd edilib.

Səfər çərçivəsində, nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbok ilə görüşüblər.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlıq ifadə edib.

Ermənistan Xarici İşlər Nazirliyi də oxşar məlumat yayıb: “Nazirlər və onların rəhbərlik etdiyi nümayəndə heyətləri sülhün və dövlətlərarası münasibətlərin yaradılmasına dair ikitərəfli saziş layihəsinin müddəaları ilə bağlı mövqelərini müzakirə ediblər. Açıq məsələlər üzrə danışıqların davam etdirilməsi ilə bağlı qarşılıqlı razılıq ifadə olunub”.

“AzPolitika.info”

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında Berlində Borsiq villasında sülh müqaviləsi layihəsi üzrə danışıqların ikinci günü başlayıb.

Bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Qeyd edək ki, tərəflər arasında danışıqlar fevralın 28-də başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar