Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın daha iki “Su-34” qırıcı-bombardmançı təyyarəsini məhv edib. Bununla da təkcə bu gün məhv edilən Rusiya təyyarələrinin sayı üçə çatıb.
“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşuk məlumat verib: "Görünür, bunlara çatmır! Rus pilotları heç bir nəticə çıxarmırlar!"
Oleşuk bildirib ki, sözügedən iki təyyarə bu gün Ukrayna vaxtı ilə saat 9.00 radələrində Avdeyevka və Mariupol istiqamətlərində məhv edilib. Bununla da son iki həftəyə yaxın müddətdə Rusiya 13 təyyarəsini itirmiş olub.
“AzPolitika.info”


Şərhlər