Menu

Naxçıvan Universiteti fəaliyyətini dayandıracaq

29.02.2024, 16:40
Naxçıvan Universiteti fəaliyyətini dayandıracaq

"Naxçıvan" Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət olub.

"Report" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev fevralın 29-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisəsinin builki son kurs tələbələri müvafiq qaydada məzun olacaqlar: "Aşağı kurs tələbələri isə başqa universitetlərə köçürüləcək. Yəni tələbənin balı yüksəkdirsə, digər ali təhsil müəssisələri onun qəbul olduğu ildəki qəbul balına görə transfer edə bilər. Aşağı nəticəli tələbələr isə yaşayış yerinə yaxın universitetlərə köçürüləcək".

Şərhlər

Oxucu 2024-02-29 21:17:06

Bu Universitetdə təhsil alan, xüsusilə Hüquq təhsili alan məzunların diplomları yoxlanılmalıdır !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol