Rusiya hüquq-mühafizə orqanları sabah-martın 1-də həbsxanada dünyasını dəyişən rusiyalı müxalifətçi Aleksey Navalnının Moskvada dəfn olunacağı Borisov qəbiristanlığında nəzarəti gücləndirib.
Qəbiristanlığın yaxınlığında və metronun Borisovo stansiyasında polis patrulları yerləşdirilib, xarici müşahidə kameraları və metal hasarlar quraşdırılıb.
Polis vətəndaşların qəbiristanlığa yalnız pasportla daxil olmasına icazə verir və insanların qəbiristanlığa niyə gəlməsi ilə bağlı izahat tələb edir.
Polis mümkün terror aktlarının qarşısını almaq üçün şəxsi əşyaları yoxlayır.
Navalnı ilə vida mərasimi Moskvanın Maryino rayonundakı kilsədə planlaşdırılır. Mərhum Navalnı Maryino rayonunda yaşayırdı.
“AzPolitika.info”


Şərhlər