Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi “Gəncliyin bəlası narkomaniya: Necə xilas olmaı" adlı layihəsini 28 fevral tarixində Ağdaş rayonunda keçirib.
Rayon texniki reşə liseyində baş tutan görüşdə liseyin tələbələri və rayon gəncləri iştirak ediblər. Tədbiri rayon İH-nin nümayəndəsi Səbuhi Musayev açıq elan etdi və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Təşkilatın icraçı direktoru Tələt Qəribov narkomaniyanın yayılması, əsasən də gənclər arasında yayılmasının səbəbləri haqqında, bu bəlanın bizi istəməyən qonşu dövlətlərin məkrli bir planı olduğu haqqında geniş çıxış etdi. Liseyin direktor əvəzi Habil Abdulxalıqov çıxışında qeyd etdi ki, bu rayonda da gənclər arasında narkotiklərdən istifadə hallarına rast gəlinir.
Rayon PŞ-nin əməkdaşları Rəhman Yolçuyev və Orxan Lətifzadə rayonda bu sahədə görülən proflaktik işlərdən danışdılar.


Şərhlər