Humanitar yardım gözləyən fələstinliləri öldürdülər... – İsraildən daha bir dəhşətli qətliam + VİDEO

Təxminən 5 aya yaxındır blokada vəziyyətinin hökm sürdüyü, humanitar fəlakətin pik həddə yüksəldiyi, aclıqdan azyaşlı uşaqların həlak olduğu Qəzzada insanlıq adına növbəti utancverici hadisə yaşanıb.

“AzPolitika” xəbər verir ki, bu dəfə işğalçı İsrail ordusunun hərbçilərinin hədəfində Qəzza şəhərinin cənubunda humanitar yardım gözləyən mülki insanlar olub.

Belə ki, Fələstin sakinləri humanitar yardımın gəlməsini gözləyərkən, İsrail hərbçiləri atəş açmağa, havadan həmin ərazini bombalamağa başlayıblar. İsrail qırğınında 112 fələstinli dinc sakin həlak olub, 760 nəfər isə yaralanıb. İsrail hərbçilərinin bu hücumu saniyə-saniyə lentə alınıb.

Qeyd edək ki, İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən blokadada olan Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı, əksəriyyəti uşaq və qadınlar olmaqla, 30 mini keçib.

“AzPolitika.info”


635x100

Şərhlər

Millət 2024-03-01 22:55:31

Az.politika İsrailə olan nifrətini gizlətmirsən. Patla,çatla

Son yazılar