Menu

Rusiya ukraynalı əsirlərin cəsədlərini verəcək - “İL-76”-da həlak olan ukraynalılarla bağlı məlumat yayıldı

01.03.2024, 15:03
Rusiya ukraynalı əsirlərin cəsədlərini verəcək - “İL-76”-da həlak olan ukraynalılarla bağlı məlumat yayıldı

Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova bildirib ki, Rusiya yanvarın 24-də Belqorod vilayətində “İl-76” təyyarəsinin qəzaya uğraması zamanı həlak olduğu iddia edilən hərbi əsirlərin cəsədlərini Ukrayna tərəfinə verməyə hazırdır.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiyanın “RİA Novosti” agentliyi məlumat yayıb.

Moskalkova deyib ki, bununla bağlı Ukrayna tərəfi ilə əlaqə yaradılıb: “Bunun üçün prosedur nöqteyi-nəzərindən lazım olan hər şey var. Cəsədlər mövcud prosedurlara uyğun olaraq verilə bilər. Ukrayna tərəfi cəsədlərin təhvil verilməsində maraqlıdır”.

Moskalkova deyib ki, o, bu məsələni Ukrayna ombudsmanı Dmitri Lubinetslə müzakirə edib və ona “insidentlə bağlı bütün suallara cavab verib”.

Qeyd edək ki, sözügedən təyyarənin Ukrayna tərəfindən vurulduğu bildirilir.

Ukrayna Baş Hərbi Kəşfiyyat İdarəsinin sözçüsü Andrey Yusov isə yerli mətbuata bildirib ki, Ukrayna “İl-76” təyyarəsində həlak olduğu iddia edilən ukraynalı hərbi əsirlərin cəsədlərinin təhvil verilməsi ilə bağlı dəfələrlə işğalçı dövlətə müraciət edib: "İl-76-nın göyərtəsində faktiki olaraq baş verənlərin və əslində, orada kimlərin olması ilə bağlı vəziyyətin araşdırılması istiqamətində işlər davam edir. Nəticələr olsa, məlumat verəcəyik”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol