Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız Rusiyanın ölkəsinə satdığı təbii qazın qiymətini endirməsinə münasibət bildirib.
Bu barədə SalamNews “Anadolu” agentliyinə istinadla xəbər verir.
“Hörmətli Putinin ictimaiyyətə açıqladığı rəqəmlər Rusiyanın təklifi olaraq, müsbət bir addımdır. Biz də öz təklifimizi Rusiya tərəfinə təqdim etdik. Bizim istədiyimiz rəqəm onların təklifindən yüsəkdir.
Məsələ müzakirə mərhələsindədir. Ümid edirəm ki, bu mərhələ cari lin sonunadək başa çatacaq.", - türkiyəli nazir belə deyib.

Şərhlər